TƏBİB-in şöbə müdiri əhaliyə müraciət etdi


Sosial 26 Mar 2020 22:48:16 131 0

TƏBİB-in şöbə müdiri əhaliyə müraciət etdi

“Koronavirus pandemiyasının (COVID-19) mənbəyi xəstə insandır. Əgər xəstə insanla, yaxud onun istifadə etdiyi əşyadan istifadə etmək, ya da bir ortamda olmasaq xəstəliyə yoluxmaq riskini ciddi şəkildə azaldırıq”.

“Koronavirus pandemiyasının (COVID-19) mənbəyi xəstə insandır. Əgər xəstə insanla, yaxud onun istifadə etdiyi əşyadan istifadə etməsək, ya da bir ortamda olmasaq, xəstəliyə yoluxmaq riskini ciddi şəkildə azaldırıq”.

“Report” xəbər verir ki, bunları TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bir daha xatırladıb ki, əşyalar üzərində virusun müəyyən yaşama müddəti var:

“Amma əsas problem və risk xəstə insanla yaxın təmasda olmaqdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Hər vətəndaşın qarşısına polis qoya bilmərik. Bu, heç fiziki cəhətdən də mümkün deyil. Ona görə də insanlar sosial məsuliyyət məsələsinə ciddi önəm verməlidir”.