Əli Əsədov: Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək


Digərləri 26 Mar 2020 23:00:00 131 0

Əli Əsədov: Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək

Hazırda digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu martın 26-da Nazirlər Kabinetində Operativ Qərargahın növbəti iclasında Baş Nazir Əli Əsədov bildirib.

Baş Nazir bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

"Bütün şəhər və rayon icra hakimiyyətlərinin rəhbərlərinə ən vacib tapşırıq ondan ibarətdir ki, karantinin şərtləri sözsüz icra olunmalıdır və yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxmayaraq hamı buna əməl etməlidir. Qərargahın tələbləri tam şəkildə icra olunmalıdır. Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək".

Qeyd edək ki, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.