Mikayıl Cabbarov: Azərbaycanda spirt istehsalı bütün ehtiyacı ödəyəcək qədərdir


Digərləri 26 Mar 2020 22:59:00 132 0

Mikayıl Cabbarov: Azərbaycanda spirt istehsalı bütün ehtiyacı ödəyəcək qədərdir

Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni istehsala başlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziyi Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, istehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir:

"Hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır".

Qeyd edək ki, martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.