Zaur Əliyev: Hazırda Azərbaycanda karantində olanların sayı 3 300dən artıqdır


Digərləri 26 Mar 2020 22:46:00 137 0

Zaur Əliyev: Hazırda Azərbaycanda karantində olanların sayı 3 300dən artıqdır

Koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, xəstəxanalar bütün çatışmayan avadanlıq və tibbi personalla təmin olunur. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb.

Agentlik rəsmisi vurğulayıb ki, hazırda Azərbaycanda karantində olanların sayı 3 300-dən artıqdır. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir.