Qiyamət gününün ən çətin mərhələsi


Digərləri 26 Mar 2020 21:40:00 135 0

Qiyamət gününün ən çətin mərhələsi

Qiyamət günü hesab vermək və əməllərinə görə cavab vermək ən çətin mərhələdir. Ondan da çətin mərhələ əgər boynunda haqqun-nas varsa ona görə hesab verməkdir. Allah Təala Qiyamət günü Öz haqqından keçər, ancaq haqqun-nasdan keçməz. Ona görə də Qiyamətin ən çətin mərhələsi - məhz bu mərhələdir.

Hədislərdə oxuyuruq ki, bir taciri gətirərlər və ona deyərlər ki, sən bu insanı iş görmək üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi məhşər səhrasında qal və onun muzdunu ver.

İmam Rza (ə) buyurur: "O kəs ki, sizin üçün iş görür - alnının təri qurumamış onun muzdunu verin. Məgər özü istəsə ki, onun pulu sizin yanınızda əmanət qalsın".

Əgər kimsə işçisinin muzdunu verməzsə, Qiyamət günü onu məhşərdə saxlayarlar. Deyərlər: "Onun muzdunu ver".

Ancaq tacir Allaha deyə bilməz ki, yoxumdur. Onun muzdunu sən ver. Çünki Allah ona deyəcəkdir ki, məgər o, Mənim üçün işləmişdir ki, muzdunu Mən verim?

Allah bu cür insanlara nifrət edər.