Teymur Rəcəbov: “Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz”


Digərləri 26 Mar 2020 20:02:00 153 0

Teymur Rəcəbov: “Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz”

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar turnirinin I dövrədən sonra yarımçıq dayandırılmasına münasibət bildirib.

Son.az apasport.az-a istinadən bildirir ki, yarışda iştirak üçün vəsiqə qazanan, lakin koronavirus pandemiyasının yayılması üzündən Rusiyaya yollanmaqdan boyun qaçıran qrossmeyster instaqram səhifəsində paylaşım edib.

Teymur FİDE-nin turniri 7 turdan sonra dayandırmasına qısa cavab verməyi lazım bilib: "Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz".

Qeyd edək ki, Rəcəbov hələ yarış start götürməzdən onun təxirə salınması tələbi ilə sürüb, FİDE-nin turniri keçirməkdə israrlı olması üzündən turnirdə oynamaq istəməyib.