Çətinliklərin asan olması üçün nə edək?


Digərləri 26 Mar 2020 19:40:00 173 0

Çətinliklərin asan olması üçün nə edək?

"Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir". ("Təlaq" 3).

Bütün insanlar həyatları boyu kiçik və böyük çətinliklərlə üzləşirlər. Onların bəziləri hətta insanı sındırır və həyatdan küsdürür.

Ancaq təqvalı insanlar səbir etdikləri üçün bu çətinliklər onlar üçün asan olar. "Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər". ("Təlaq" 4).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünyaya rəğbətsiz olar, çətinliklər onun üçün asan olar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə Əbuzərə buyurur: "Mən elə ayə bilirəm ki, əgər insanlar ona çəng vursalar, onlara kifayət edər. O, ayə budur: "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar". ("Təlaq" 2)".

Təfsirçilərin nəzərinə görə bu ayə Peyğəmbərin (s) dostu olan Auf ibni Malik haqqında nazil olmuşdur. İslam düşmənləri onun oğlunu əsir götürmüşdülər. O, Peyğəmbərin (s) yanına gəlir və bu mövzuya görə Həzrətə (s) şikayət edir.

Həzrət Peyğəmbər (s) buyurur: "Təqvalı ol və səbirli ol. Bu zikri çoxlu de: "Lə həulə və lə quvvətə...".

Birdən əyləşdiyi yerdə oğlu içəri girdi və məlum oldu ki, düşmənin bir dəqiqəlik qəflətindən istifadə edərək, qaçmışdır. Özü ilə düşmənin dəvəsini də gətirmişdir.

Ancaq bu, o demək deyildir ki, insan əyləşdiyi yerdə çətinlikdən çıxacağını gözləsin. Xeyr, bəlkə Allaha ümid bəsləyərək, çətinlikdən çıxış yolunu axtarmalıdır.