Rusiyada yaşayan məşhur azərbaycanlı həkimdən koronavirusla bağlı


Digərləri 26 Mar 2020 19:01:00 141 0

Rusiyada yaşayan məşhur azərbaycanlı həkimdən koronavirusla bağlı

Koronavirus infeksiyasının profilaktikasi, diaqnostikası və müalicəsi ALQORİTM

Koronavirus infeksiyasının müzakirəsinə başlamazdan əvvəl onun tərətdiyi fəsadların bəzi statistik göstəriciləri ilə tanış olaq. 25 mart tarixinin məlumatlarına görə, dünyada koronavirusa yoluxanların sayı 425 323 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı ölənlərin sayının 18 944 nəfər olduğunu bildirir. 109 245 nəfər isə bu xəstəlikdən sağala bilib.

Ən çox bu ölkələrdə yayılıb: Çin 81 250 nəfər İtaliya 69 176 nəfər ABŞ 54 935 nəfər İspaniya 42 058 nəfər Almaniya 33 593 nəfər İran 24 811 nəfər Fransa 22 304 nəfər

Digər ölkələrdə isə yayılma 1-10 min nəfər arasında dəyişir.

Ölənlərin faiz nisbətində birinci yerdə İtaliya durur. 6 820 nəfər. Çində 3 281, İspaniyada 2 991, İranda 1 934 nəfər həyatını itirib.

Koronavirus nədir?

Koronavirus böyük bir viruslar ailəsinə mənsubdur. 40-a yaxın növü var. Bu virusa həm insanlar, həm də heyvanlar yoluxur. Görünüşcə şar formasındadır. Ətrafları kələ-kötür, "tikanlı" çıxıntılarla əhatələnib. Batmaqda olan Günəşin yaratdığı tac formasına bənzədiyi üçün ona koronavirus adı verilib. Yəni tacabənzər virus.

İlk dəfə 1965-ci ildə kəskin respirator virus infeksiyasi olan xəstədə aşkarlanıb. XX əsrin sonlarına qədər koronavirus yuxarı tənəffüs yollarını zədələyən, kəskin respirator xəstəliklərin törədicisi kimi tanınıb. Heç vaxt təhlükəli infeksiyalar qrupuna aid olmayıb. Ancaq 2003-cü ildə koronavirusun başqa bir növü - 33 ölkədə yayılan, təxminən 8 098 nəfərin yoluxmasına, 858 nəfərin ölümünə səbəb olan SARS_CoV. aşkar edildi. Bu atipik pnevmoniyaya səbəb olan, şiddətli kəskin respirator sindromu yaradan virus növüdür.

Həmin dövrdə Yaxın Şərqdə respirator sindromuna səbəb olan başqa bir növü ilə ortaya çıxdı. Səudiyyə Ərəbistanında və İordaniyada geniş yayıldı. 2 494 nəfər yoluxdu, 744 həyatını itirdi.

2019-cu ildə isə Çinin Uhan şəhərində koronavirusun yeni növü qeydə alındı. Ona "CoV 2019" və ya "COVİD 19" adı verildi. Bu koronavirus ribonuklein turşulu tərkibli (RNK) bir zəncirli, betakoronaviruslar ailəsinə aiddir.

Sereloji analizə görə, 3 növü ayırd edilir: A) Alfakoronavirus B) Betakoronabirus C) Qammakoronavirus Bu virusların daşıyıcısı əsasən yarasalardır. Hazırda isə infeksiya mənbəyi xəstə insanlar və inkubasiya dövründə olanlardır.

İnfeksiya əsasən 1) Hava-damcı (öskürək, asqırma, danışıq) 2) Hava-toz 3) Təmas yolu ilə yayılır.

İnfeksiyanın yoluxma faktorunun formalaşmasında hava, qida məhsulları, adi əşyalar rol oynayır.

Hansı hallarda koronavirusa yoluxma ilə bağlı şübhə yaranır?

1) Kəskin respirator infeksiyanın əlamətləri, bronxit, pnevmoniya şübhəsi olarsa və həmin şəxslərdə epidemiloji anamnez uyğun gələrsə. 2) Son 14 gün ərzində həmin ölkələrdən gələn insanlarla təmasda olarsa. 3) Laborator koronavirus təsdiq edilmiş adamla təmasda olarsa.

Yoluxma şübhəsi olan xəstələrin müayinə alqoritmi