Bir bu çatmırdı Koronavirus yeni yolla


Dünya 26 Mar 2020 19:09:00 167 0

Bir bu çatmırdı  Koronavirus yeni yolla

İnsan SARS-CoV-2 koronavirusu digər pirimatlara ötürə bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, xəstəliyin yeni yayılma növünü mikrobioloq Arend de Haas müəyyən edib.

Mütəxəssis xatırladır ki, son 26 ildə dünyada yarasalarla yoluxan 6 infeksiya növü müşahidə edilib.

Müəllif qeyd edir ki, yarasalar və panqolinlər yeni növ koronavirusun - COVİD-19-un daşıyıcılarıdır.

Mikrobioloq yazır ki, parazitlər və viruslar yeni sahibə hücum edərək əvvəlcə ciddi xəstəliklərin yaranmasına səbəb olur, zaman keçdikcə isə parazit və yoluxmuş şəxs bir-birinə uyğunlaşır və təhlükə azalır.

"Müşahidələrə görə, insanlar və meymunlar arasında xəstəliyin ötürülməsi yüngül keçir. Meymunlar üzərində aparılmış tədqiqata görə, müəyyən edildi ki, sonuncular insan respirator viruslarına yoluxmağa daha həssasdılar" - müəllif qeyd edib.