Əsas ürəklər təmiz olsun Virusdan qorxmayan sakinlər ara məsafəsi saxlamırlar VİDEO


Digərləri 26 Mar 2020 18:47:00 191 0

Əsas ürəklər təmiz olsun  Virusdan qorxmayan sakinlər ara məsafəsi saxlamırlar  VİDEO

Koronavirusa yoluxmaların qarşısını almaq məqsədilə bir sıra dünya ölkələrində, o cümlədən ölkəmizdə xüsusi rejim tətbiq edilir. Nazirlər Kabineti yanında operativ qərargah insanları diqqətli olmağa, ictimai-iaşə yerlərindən mümkün qədər uzaq durmağa çağırır. Ticarət mərkəzlərində və digər məkanlarda növbə gözləyənlər arasında məsafə 2 metrdən az olmamalıdır.

Son.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Amma əksər yerlərdə vətəndaşlar bu qaydalara, deyilən tövsiyələrə əməl etmirlər. Xüsusən bank qarşılarında, marketlərdəki kassalarda iri növbələr yaranır. Burada insanlar bir-birinə ara məsafəsi saxlamadan çox sıx dayanır ki, bunun da çox ciddi fəsadları ola bilər.

Nadir Məhərrəmov - Həkim: "Kimsə söyləyir ki, 2 metr aralı durmaq lazımdır, 1 metr aralı durmaq lazımdır, 5 metr aralı durmaq lazımdır. Bunların hamısı məhz insanları qorumaq üçündür. Ümumiyyətlə, məsafə aralı olmalıdır, təmas çox az olmalıdır. Ən önəmlisi insanların o məsafəni düşünərək bu işləri görməsi lazımdır. Çünki hava-damcı yolu ilə yoluxa bilir. Selikli qişalardan yoluxa bilir".

Sakin: "Neynəyək bəs, ünsiyyətdə olmalıyıq hər halda. Qohum-əqrəbadır, necə edək, ayrı dayanmaq olmur axı? Əsas qəlblər təmiz olsun".

Sakin: "Camaat ciddiyə almır bu xəstəliyi. Elə mən özüm də ciddi qəbul etmirəm".