Qırğızıstanda komendant saatını pozan yüzlərlə şəxs saxlanılıb


Dünya 26 Mar 2020 18:18:00 137 0

Qırğızıstanda komendant saatını pozan yüzlərlə şəxs saxlanılıb

Qırğızıstanda koronavirus epidemiyası ilə əlaqədar elan komendant saatını pozan 320 nəfər saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, paytaxt Bişkekdə 193 nəfər, Oş şəhərində 25 və Cəlal-Abadda 10 nəfər komendat saatını pozub.

Saxlanan şəxslər komendant saatı bitdikdən sonra evə buraxılıb.

Bundan əvvəl isə,100 nəfər cərimələnib, 64 nəfər 15 sutkalıq həbs olunub.