Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb


Sosial 26 Mar 2020 18:09:15 40 0

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.&

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən"Report"a verilən məlumata görə, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.

Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Ucar sakini qonşusunu öldürdü like
  • 26 Mar 18:05  
Kriminal Ucar sakini qonşusunu öldürdü

Ucar sakini qonşusunu öldürüb.

arrow Ətraflı
NurSultan və Almatıda insanların evdən çıxışına qadağa qoyuldu like
  • 26 Mar 18:00  
Dünya NurSultan və Almatıda insanların evdən çıxışına qadağa qoyuldu

Qazaxıstan hakimiyyəti Nur-Sultan və Almatı şəhərlərində karantin rejim

arrow Ətraflı
Sərdar Ortaç eşqin bitdiyini dedi, like
  • 26 Mar 17:58  
Digərləri Sərdar Ortaç eşqin bitdiyini dedi,

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın həmkarı Seçil Gürlə e

arrow Ətraflı
Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət ikiüç aydan daha tez düzələcək” like
  • 26 Mar 17:55  
Dünya Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət ikiüç aydan daha tez düzələcək”

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə ya

arrow Ətraflı
İranda xüsusi karantin rejimi elan olunub like
  • 26 Mar 17:52  
Dünya İranda xüsusi karantin rejimi elan olunub

Koronavirus təhlükəsi ilə əlaqədar İranda xüsusi karantin rejimi elan ol

arrow Ətraflı
"Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq" like
  • 26 Mar 17:47  
Digərləri "Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq"

Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də

arrow Ətraflı
Sumqayıtda mənzildən meyit tapıldı like
  • 26 Mar 17:45  
Digərləri Sumqayıtda mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Karantin rejimi deputatlara şamil olunmayacaq like
  • 26 Mar 17:32  
Digərləri Karantin rejimi deputatlara şamil olunmayacaq

"Deputat statusu haqqında" qanuna və Milli Məclisin Daxili Nizamnam

arrow Ətraflı
Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır like
  • 26 Mar 17:28  
Sosial Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi

arrow Ətraflı
İstanbuldan külli miqdarda zərgərlik məmulatları ilə gəldi, like
  • 26 Mar 17:26  
Kriminal İstanbuldan külli miqdarda zərgərlik məmulatları ilə gəldi,

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda

arrow Ətraflı
Mirvari Fətəliyeva Parisdə koronavirusa yoluxub like
  • 26 Mar 17:20  
Digərləri Mirvari Fətəliyeva Parisdə koronavirusa yoluxub

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbayca

arrow Ətraflı
“Yaşı 65dən yuxarı deputatlardan karantin qaydalarına əməl olunması xahiş olunacaq” like
  • 26 Mar 17:19  
Digərləri “Yaşı 65dən yuxarı deputatlardan karantin qaydalarına əməl olunması xahiş olunacaq”

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki, ka

arrow Ətraflı
Tramp iqtisadiyyatı koronadan qoruyur, like
  • 26 Mar 17:13  
Dünya Tramp iqtisadiyyatı koronadan qoruyur,

Başda Çin olmaqla, Asiya ölkələri koronavirusu nəzarət altına alır, AB

arrow Ətraflı
Marneuli meri: "Rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur" like
  • 26 Mar 17:12  
Dünya Marneuli meri: "Rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur"

Bir neçə insanda qızdırma olsa da, onlarda koronavirusun digər əlamətlər

arrow Ətraflı