Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət ikiüç aydan daha tez düzələcək”


Dünya 26 Mar 2020 17:55:00 134 0

Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət ikiüç aydan daha tez düzələcək”

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.

Son.az APA-ya istinadən bildirir ki, Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.

O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir: "Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq".

Rusiya Prezidenti koronavirusla bağı vəziyyətin iki-üç aydan daha tez düzələcəyinə ümid etdiyini söyləyib: "Bir sıra ölkələrdə deyirlər ki, koronavirusla müharibə çox çəkəcək. Lakin biz bu vəziyyətdən çıxacağıq".