"Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq"


Digərləri 26 Mar 2020 17:47:00 52 0

"Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq"

Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq

Son.az xəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov Trend-ə bildirib ki, yaxın perspektivdə Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin formalaşması gözlənilir.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında yeni böhran dalğasının formalaşması, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə enməsi və koronovirus pandemiyasının sürətlə yayılması bütün milli iqtusadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib: "Biz bunu günbəgün hiss edirik. Nəzərə almaq lazımdır ki, mövcud xarici iqtisadi şoklara adaptasiya olunmaq, onların nəticəsində milli iqtisadiyyatın dayanıqlığını qorumaq kifayət qədər mürəkkəb prosesdir. Hesab edirəm ki,bu prosesdən yalnız yeni formatda iqtisadi idarəetmə sisteminin qurulması ilə dayanıqlı şəkildə çıxmaq mümkündür. Milli iqtisadiyyatlarda dövlətin iqtisadi proseslərə müdaxiləsinin daha aktiv şəkildə reallaşdırılan, səmərəli strateji planlaşdırma sistemi qüvvədə olan ölkələrdə proseslərə akekvat reaksiaynın verilməsi daha effektiv şəkildə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda da iqtisadi idarəetmə sistemi yeni formatda təşkil olunacaq.

Ölkə başçısı tərəfindən ötən ildən başlayaraq sosial yönümlü tədbirlərin həyata keçirilməsi, sosial paketin əhatəsinin böyüməsi, daxili bazarın genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi, fiskal yükün yüngülləşdirilməsi ilə bağlı qərarlar, vergi manevri yeni yanaşmaya hazırlıq mərhələsi idi. Bu gün görürük ki, hadisələr sürətlənib və bu ağır iqtisadi konyukturada, şübhəsiz ki, dövlətin iqtisadiyyatda iştirakı xeyli dərəcədə çoxalmalıdır.

Qeyd edək ki, bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu, həmçinin İşçi Qrup yaradılıb. İşçi Qrupun əsas məqsədi xarici iqtisadi şokların yumşaldılması və effektiv idarəetmə formatının tapılmasıdır. İndiki vəziyyətdə dövlət, ilk növbədə, əhalinin geniş təbəqələrinin sosial müdafiəsini təmin etməlidir. Burada maliyyə resurslarının ayrılması vacibdir. Ancaq yanaşmalar yalnız maliyyə resurslarının ayrılması ilə məhdudlaşmamalıdır, həm də adekvat qaydada yeni idarəetmə modeli ilə yeni institutların yaradılması, yeni iqtisadi sferaların dəstəklənməsi, onların inkişafının stimullaşdırılması, əmək resusrlarının lazımi istiqamətlərə yönləndirilməsi ilə davam etdirilməlidir. Ona görə də dövlətin iqtisadiyyatda iştirakı həm stimullaşdırıcı büdcə-vergi siyasətində, həm sosial müdafiə sisteminin gücləndirilməsində, həm pul-kredit siyasətində, həm də xarici ticarətdə öz əksini tapacaq. Xüsusilə, vergi güzəştlərinin tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində çevik siyasətin yeridilməsi zəruridir. Lakin, vergi güzəştləri və ya vergi tətilləri tətbiq olunarkən fəaliyyətini şəffaf quran, bir müddətdir müvafiq dövlət qurumlarının sahibkarlara qarşılıqlı etimadla bağlı ünvanlandığı müraciətlərə adekvat cavab verən vergi ödəyiciləri nəzərə alınmalı, onlar dövlətin qayğısı altında olmalıdırlar.

Bunlarla yanaşı, qısa müddətdə ölkədən kapital çıxışı ilə bağlı mənfi halların qarşısı alınmalı, valyuta bazarında möhtəkirliklə məşğul olan şəxslərin fəaliyyəti məhdudlaşdırmalıdır. Müəyyən istiqamətlərdə valyuta məhduduyyətlərinin tətbiqi olduqca zəruridir.

Bütün bu tədbirlərin bütövlükdə idarəetmə modelinin tamamilə yeni əsaslarla qurulmasını ehtiva edir və ümidvaram ki, yaxınmüddətli perspektivdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni format və yanaşmaların tətbiqinin şahidi olacağıq".

Sumqayıtda mənzildən meyit tapıldı like
  • 26 Mar 17:45  
Digərləri Sumqayıtda mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Karantin rejimi deputatlara şamil olunmayacaq like
  • 26 Mar 17:32  
Digərləri Karantin rejimi deputatlara şamil olunmayacaq

"Deputat statusu haqqında" qanuna və Milli Məclisin Daxili Nizamnam

arrow Ətraflı
Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır like
  • 26 Mar 17:28  
Sosial Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi

arrow Ətraflı
İstanbuldan külli miqdarda zərgərlik məmulatları ilə gəldi, like
  • 26 Mar 17:26  
Kriminal İstanbuldan külli miqdarda zərgərlik məmulatları ilə gəldi,

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda

arrow Ətraflı
Mirvari Fətəliyeva Parisdə koronavirusa yoluxub like
  • 26 Mar 17:20  
Digərləri Mirvari Fətəliyeva Parisdə koronavirusa yoluxub

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbayca

arrow Ətraflı
“Yaşı 65dən yuxarı deputatlardan karantin qaydalarına əməl olunması xahiş olunacaq” like
  • 26 Mar 17:19  
Digərləri “Yaşı 65dən yuxarı deputatlardan karantin qaydalarına əməl olunması xahiş olunacaq”

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki, ka

arrow Ətraflı
Tramp iqtisadiyyatı koronadan qoruyur, like
  • 26 Mar 17:13  
Dünya Tramp iqtisadiyyatı koronadan qoruyur,

Başda Çin olmaqla, Asiya ölkələri koronavirusu nəzarət altına alır, AB

arrow Ətraflı
Marneuli meri: "Rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur" like
  • 26 Mar 17:12  
Dünya Marneuli meri: "Rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur"

Bir neçə insanda qızdırma olsa da, onlarda koronavirusun digər əlamətlər

arrow Ətraflı
"G-20"liyin virtual sammiti keçirilir like
  • 26 Mar 17:09  
Dünya "G-20"liyin virtual sammiti keçirilir

BMT və s.-in nümyəndələri zirvə toplantısındakı müzakirələrdə işti

arrow Ətraflı
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib like
  • 26 Mar 17:09  
Digərləri Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümay

arrow Ətraflı
Bakıda 4 yaşlı qız bədbəxt hadisənin qurbanı oldu like
  • 26 Mar 17:06  
Digərləri Bakıda 4 yaşlı qız bədbəxt hadisənin qurbanı oldu

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində martın 25-i gündüz s

arrow Ətraflı
Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirildi - FOTO like
  • 26 Mar 17:05  
Sosial Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirildi - FOTO

Lənkəranda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənəd

arrow Ətraflı
"Bakı Metropoliteni" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb. like
  • 26 Mar 17:03  
Digərləri "Bakı Metropoliteni" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb.

"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və k

arrow Ətraflı