Karantin rejimi deputatlara şamil olunmayacaq


Digərləri 26 Mar 2020 17:32:00 162 0

Karantin rejimi deputatlara şamil olunmayacaq

"Deputat statusu haqqında" qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydası və karantin rejiminin deputatlara şamil olunmamasını nəzərdə tutur.