Xalq artisti: "Bütün günü çayxanalarda vaxt keçirənlər evdə oturub ailələri ilə maraqlansalar, yaxşı olar"


Digərləri 26 Mar 2020 17:39:00 138 0

Xalq artisti: "Bütün günü çayxanalarda vaxt keçirənlər evdə oturub ailələri ilə maraqlansalar, yaxşı olar"

Koronavirus bəşəriyyət üçün elan olunmuş təhlükəli virusdur.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor Əli Nur deyib.

O qeyd edib ki, ən inkişaf etmiş dövlətlər bu virusun qarşısında acizdir:

"Bu virus böyük-kiçik, qoca-cavan, qadın-uşaqdan asılı olmayaraq hamı üçün real təhlükədir. İnsanlar böyük bir fəlakətə düçar olublar. Bu bəlanın qarşısını almaq üçün bütün dövlətlər, dövlət rəhbərləri, ziyalılar, alimlər, bir sözlə bütün şüurlu insanlar səfərbər olublar. Hələ ki bu virusun qarşısını almaqda çətinlik çəkirlər. Azərbaycan dövləti, başda cənab Prezident İlham Əliyev olmaqla, bütün rəhbər şəxslər insanların bu bəladan qorunması üçün bütün lazımi tədbirlər görür, insanları qorumağa çalışırlar. Cənab Prezident xalqa müraciətlər edir, insanları müəyyən təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bu qaydalara əməl etmək vacibdir".

Xalq artisti insanları bu bəladan qurtarmaq üçün evdə oturmağı, özünü təcrid etməyi tövsiyə edib: