"G-20"liyin virtual sammiti keçirilir


Dünya 26 Mar 2020 17:09:12 136 0

"G-20"liyin virtual sammiti keçirilir

BMT və s.-in nümyəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edir.

© GOOGLE

“Böyük 20”liyin (“G-20”) virtual zirvə toplantısı başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr olunub.

Bildirilib ki, martın 26-da başlayan tədbirə Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdel Əziz əl-Səud sədrlik edir.

Məlumata görə, növbədənkənar toplantıya yalnız “G-20”liyin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur vəİsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan - ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan - Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümyəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edirlər.

Xatırladaq ki, “G-20”liyin zirvə toplantısı 2019-cu ildə Yaponiyada keçirilib. 2020-ci ildə isə Səudiyyə Ərəbistannında keçirilməli idi.

Qeyd edək ki, “G-20″liyə ABŞ, Avstaraliya, Argentina, Almaniya, BöyükBritaniya, Braziliya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Çin, Rusiya, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.