Azərbaycan və BMTnin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında "Çərçivə Sazişi”nə edilən dəyişiklik Protokolu təsdiqləndi


Siyasət 26 Mar 2020 17:07:25 178 0

Azərbaycan və BMTnin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında "Çərçivə Sazişi”nə edilən dəyişiklik Protokolu təsdiqləndi

Prezident İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nə Dəyişiklik haqqında 2020-ci il yanvarın 28-də Paris şəhərində imzalanmış Protokol təsdiq edilsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.