142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib


Sosial 26 Mar 2020 15:58:24 133 0

142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara&evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də&gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

© google

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlaraevlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi dəgücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - ÇağrıMərkəzinə zəng vuraraq qeydiyyata alınırlar.

Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddiartıma səbəb olub. Yalnız son 6 saat ərzində Çağrı mərkəzinə 1700-dən çox, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 300 müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.

Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 60 operator zəngləri cavablandırmaqla məşğuldur.Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.

Qeyd edək ki, 142 - Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər dəqəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, özvəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında,kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.