Tovuzda ər arvadını bıçaqladı


Kriminal 26 Mar 2020 16:58:00 274 0

Tovuzda ər arvadını bıçaqladı

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhərinin Nizami Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mehtiyeva Aytəkin Vaqif qızı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hadisəni törədən şəxs 1990-cu il təvəllüdlü Hümbətov Musa Aydın oğludur.