Azərbaycan vətəndaşının Gürcüstandakı bacısını koronavirusa yoluxdurması iddiaları inkar olunub


Dünya 26 Mar 2020 16:27:05 85 0

Azərbaycan vətəndaşının Gürcüstandakı bacısını koronavirusa yoluxdurması iddiaları inkar olunub

Gürcüstanda koronavirus diaqnozu qoyulan Marneuli sakini olan 62 yaşlı azərbaycanlı qadının bu infeksiyaya Azərbaycan vətəndaşı olan bacısından yoluxması ilə bağlı iddialar təsdiqini tapmayıb.

Gürcüstanda koronavirus diaqnozu qoyulan Marneuli sakini olan 62 yaşlı azərbaycanlı qadının bu infeksiyaya Azərbaycan vətəndaşı olan bacısından yoluxması ilə bağlı iddialar təsdiqini tapmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanda yerli mətbuat və sosial mediada həmin qadının yoluxması heç bir sübut və əsas olmadan Azərbaycanla əlaqələndirilib.

Yayılan məlumatlarda iddia olunur ki, qadın bacısı ilə birgə Bolnisidə yas mərasimində iştirak edib və iki minə yaxın şəxsi koronavirusa yoluxmaq təhlükəsi ilə üzləşdirib. KİV-in mülahizələrinə əsasən, məhz bundan sonra Marneuli və Bolnisidə martın 23-dən etibarən ciddi karantin rejiminin tətbiqinə başlanılıb.

Araşdırmalar zamanı məlum olur ki, Marneuli sakininin bacısı martın ilk günlərində yas mərasimində iştirak etmək üçün Gürcüstana gedib. O, Azərbaycana qayıdandan sonra koronavirusla bağlı iki dəfə testdən keçirilib və nəticələr mənfi olub.

Bu səbəbdən Gürcüstan vətəndaşı olan qadının iddia olunduğu kimi Azərbaycandan idxal olunan koronavirusa yoluxması ehtimallarının yanlış olduğu məlum olur. Onun bu infeksiyaya Gürcüstan daxilində yoluxması ehtimalı isə daha da güclənir.

Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari də yerli mətbuatı bu məsələ ətrafında ajiotaj yaratmaqda ittiham edib. Onun sözlərinə görə, ciddi karantin tədbirləri məcburiyyətdən irəli gəlib: “Marneulidə koronavirusa yoluxma halı təsdiqləndi və ilk dəfə oldu ki, yoluxma mənbəyi və virusun yayılma arealını müəyyən etmək mümkün olmadı. Bu günə qədər ilkin yoluxma mənbəyi aşkarlanmayıb”.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən də qadının virusa yoluxduğu ilkin mənbənin bu vaxta qədər müəyyən olunmadığını bildiriblər.

Məsələyə münasibət bildirən Azərbaycanın Gürcüstandakı səfirliyindən də qeyd olunub ki, Marneuli sakininə koronavirusun Azərbaycandan gələn bacısından keçməsi ehtimalları təsdiqlənməyib.

Marneuli sakini hazırda Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur. Hazırkı sağlamlıq durumu qənaətbəxş qiymətləndirilir.

"Hər kəsin bacardığı qədər evdə qalması, insanlarla az təmasda olması vacibdir" like
  • 26 Mar 16:27  
Digərləri "Hər kəsin bacardığı qədər evdə qalması, insanlarla az təmasda olması vacibdir"

Mən bu gün hər bir kəsi sosial məsuliyyətini dərk edərək evdə qalmağa

arrow Ətraflı
İtaliyada koronavirusdan ölən həkimlərin sayı 37 nəfərə çatıb like
  • 26 Mar 16:26  
Dünya İtaliyada koronavirusdan ölən həkimlərin sayı 37 nəfərə çatıb

İtaliyada koronavirusdan ölən həkimlərin sayı 37 nəfərə çatıb.

arrow Ətraflı
Tovuzda avtomobil qəzası oldu - FOTO like
  • 26 Mar 16:19  
Sosial Tovuzda avtomobil qəzası oldu - FOTO

Hadisənin başvermə səbəbləri araşdırılır.

arrow Ətraflı
Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub like
  • 26 Mar 16:18  
Dünya Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub.

arrow Ətraflı
Tovuz sakini arvadını bıçaqladı like
  • 26 Mar 16:14  
Sosial Tovuz sakini arvadını bıçaqladı

5 yaşlı qadın mübahisə zəminində bıçaq yarası alaraq xəstəxanaya yer

arrow Ətraflı
Marneuli və Bolnisidə 2 nəfərdə koronavirus aşkarlanıb like
  • 26 Mar 16:13  
Dünya Marneuli və Bolnisidə 2 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanın Bolnisi rayonunda sürətli koronavirus testləri zamanı azərba

arrow Ətraflı
Əməkdar rəssam vəfat etdi like
  • 26 Mar 16:11  
Digərləri Əməkdar rəssam vəfat etdi

Azərbaycan Dövlət "YUĞ" Teatrının baş rəssamı, Əməkdar rəs

arrow Ətraflı
Yaponiyanın avtomobil şirkətləri dünyadakı zavodlarında işi dayandırdılar like
  • 26 Mar 16:10  
Dünya Yaponiyanın avtomobil şirkətləri dünyadakı zavodlarında işi dayandırdılar

Koronavirus infeksiyasının geniş yayılması Avropanın avtomobil nəhənglə

arrow Ətraflı
Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu like
  • 26 Mar 16:06  
Dünya Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

Qeyd edək ki, bir müddət əvvəl Leşenkoda ağciyərin iltihabı aşkar edil

arrow Ətraflı
142  Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, funksional imkanları artırılıb like
  • 26 Mar 16:06  
Digərləri 142 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, funksional imkanları artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən y

arrow Ətraflı
Fransa ordusunu İraqdan çıxardı like
  • 26 Mar 16:03  
Dünya Fransa ordusunu İraqdan çıxardı

https://teleqraf.com/news/dunya/242138.html

arrow Ətraflı
Metrostansiyalar istiqamətində ekspress marşrut xətləri təşkil edilib like
  • 26 Mar 16:00  
Dünya Metrostansiyalar istiqamətində ekspress marşrut xətləri təşkil edilib

Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə z

arrow Ətraflı
142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib like
  • 26 Mar 15:58  
Sosial 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən y

arrow Ətraflı
“Müharibə gördük, qıtlıq, kasıbçılıq, indi də bu...” like
  • 26 Mar 15:57  
Şou-biznes “Müharibə gördük, qıtlıq, kasıbçılıq, indi də bu...”

Əməkdar artist Sevda Ələkbərzadə yazdığı statusla diqqət çəkib.

arrow Ətraflı
Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni like
  • 26 Mar 15:53  
Digərləri Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və

arrow Ətraflı