Əməkdar rəssam vəfat etdi


Digərləri 26 Mar 2020 16:11:00 240 0

Əməkdar rəssam vəfat etdi

Azərbaycan Dövlət "YUĞ" Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib. 

Son.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət "YUĞ" Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib. 

Onun sözlərinə görə, R.Şerif martın 26-da vəfat edib. 

R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Allah rəhmət eləsin.