Fransa ordusunu İraqdan çıxardı


Dünya 26 Mar 2020 16:03:00 147 0

Fransa ordusunu İraqdan çıxardı

https://teleqraf.com/news/dunya/242138.html

Fransa dövləti koronavirus təhlükəsi səbəbindən İŞİD-ə qarşı beynəlxalq koalisiyanın tərkibində İraqda yerləşdirdiyi əsgərləri geri çağırır.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi müvafiq qərar imzalayıb. Təlimata əsasan fransız əsgərləri İraqdan çıxarılacaq. Qeyd edək ki, hazırda İraq ərazilərində yüz fransız əsgəri İŞİD-ə qarşı əməliyyatlarda iştirak edir. Şimali İraq Kürd Muxtariyyətinin Rudav saytı isə İraq Silahlı Qüvvələrinin sözçüsü Əbdülkərin Haləfə istinadən bildirib ki, artıq fransız əsgərləri İraq ərazisini tərk edib. Qeyd edək ki, hazırda İraqda 300 insanın koronavirusa yoluxduğu qeydə alınıb. Fransa da isə 25 min yoluxma faktı təsbit olunub.