“Parklanma kameraları müşahidə üçün istifadə olunur”


Digərləri 26 Mar 2020 15:49:10 125 0

“Parklanma kameraları müşahidə üçün istifadə olunur”

Koronavirusla mübarizəylə əlaqədar Bakı şəhərində parklanmaya qarşı tələbləri azaltmışıq. Artıq kameralardan müşahidə məqsədilə istifadə edilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli AzTV-nin " Hədəf" verilişində qonaq olarkən deyib:

"Amma bizim gördüyümüz mənzərə ona gətirdi ki, Bulvar ətrafında və Bulvar kənarında 5-6 sıralarla nəqliyyat vasitələri dayanır və insanlar 4-5 nəfər şəklində yenə gəzirlər, gülürlər, danışırlar. Aydın məsələdir, sosial cəhətdən, psixoloji cəhətdən bu olmalıdır. Lakin bu səviyyədə düzgün deyil. Burada bir məqam var. Mən istərdim ki, onu vurğulayım. Atılan bu addımlar zərurət doğuran addımlardır. Dünya iqtisadiyyatı və qlobal iqtisadiyyat bundan çox böyük ziyan görür. Həm maliyyə cəhətindən, həm də səhmlərin qiymətlərinin aşağı düşməsi baxımından. Bu bayram və dincəlmə tətili olaraq qəbul edilməməlidir. Konkret olaraq, sosial izolyasiya, yəni insanların bir-birinə - əgər kimsə gizli daşıyıcıdırsa belə onun digərlərin yaymaması məsələsidir. Vətəndaşımız, eyni dərəcədə özümüz də baxışımızı dəyişdirməliyik".