Marneuli və Bolnisidə 20 minə yaxın şəxs koronavirus testindən keçirilib


Dünya 26 Mar 2020 15:50:00 139 0

Marneuli və Bolnisidə 20 minə yaxın şəxs koronavirus testindən keçirilib

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulidə 15 000, Bolnisidə isə 3400 nəfər şəxs sürtəli koronavirus testindən keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sürətli testlərə əsasən, bu vaxta qədər heç kimdə koronavirus aşkarlanmayıb, bu səbəbdən də həmin rayonlarda durumun daha da pisləşəcəyinə dair gözlənti yoxdur.