Bərdədə kişi 23 yaşlı arvadını poliklinikanın həyətində amansızlıqla öldürdü


Kriminal 26 Mar 2020 15:42:00 215 0

Bərdədə kişi 23 yaşlı arvadını poliklinikanın həyətində amansızlıqla öldürdü

Bərdədə uşaq poliklinikasının həyətində dəhşətli qətl hadisəsi törədilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 yaşlı Zamanova Zülfiyyə Həbib qızı qardaşının gözü önündə 32 yaşlı həyat yoldaşı Zamanov İsmət Bəhmən tərəfindən qətlə yetirilib. Həyat yoldaşı qadına 4 bıçaq zərbəsi vurub.

Qətlin ailə münaqişəsi - qısqanclıq zəmnində törədildiyi bildirilir.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.