Azərbaycanda 29 yeni koronavirus yoluxması qeydə alınıb, 1 nəfər ölüb - RƏSMİ


Sosial 26 Mar 2020 15:15:32 44 0

Azərbaycanda 29 yeni koronavirus yoluxması qeydə alınıb, 1 nəfər ölüb - RƏSMİ

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.

Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan"Report"a verilən məlumata görə,martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən çox test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Koronavirusla bağlı yalan məlumat yayan qadın həbs edildi  FOTO like
  • 26 Mar 15:14  
Kriminal Koronavirusla bağlı yalan məlumat yayan qadın həbs edildi FOTO

Yalan məlumat yayan qadın məsuliyyətə cəlb olunub.

arrow Ətraflı
"IV qrant müsabiqəsi"nə sənəd qəbulunun vaxtı uzadıldı like
  • 26 Mar 15:12  
Digərləri "IV qrant müsabiqəsi"nə sənəd qəbulunun vaxtı uzadıldı

"Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"n

arrow Ətraflı
Dünya koronavirusdan sonra bu cür olacaq like
  • 26 Mar 15:11  
Dünya Dünya koronavirusdan sonra bu cür olacaq

Koronavirus pandemiyası dünya gündəmini əməlli-başlı zəbt edib və bel

arrow Ətraflı
Azərbaycanda 29 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib like
  • 26 Mar 15:10  
Digərləri Azərbaycanda 29 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yolu

arrow Ətraflı
Ermənistanda 3 hərbçi koronavirusa yoluxub - Yenilənib like
  • 26 Mar 15:08  
Dünya Ermənistanda 3 hərbçi koronavirusa yoluxub - Yenilənib

18 nəfərin sağaldığına dair məlumat yayılıb.

arrow Ətraflı
Küçəyə çıxan 65 yaşlı insanlar ünvanlarına qaytarılırlar  FOTO like
  • 26 Mar 15:06  
Digərləri Küçəyə çıxan 65 yaşlı insanlar ünvanlarına qaytarılırlar FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə

arrow Ətraflı
Bakıda əxlaqsızlıqla məşğul olan 6 qadın saxlanıldı like
  • 26 Mar 15:05  
Digərləri Bakıda əxlaqsızlıqla məşğul olan 6 qadın saxlanıldı

Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin kobu

arrow Ətraflı
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 26 Mar 15:03  
Kriminal Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat vəsait köçürüb like
  • 26 Mar 15:00  
Digərləri Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat vəsait köçürüb

Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat və

arrow Ətraflı
Ermənistanda şagirdlər koronavirusa yoluxub like
  • 26 Mar 14:57  
Dünya Ermənistanda şagirdlər koronavirusa yoluxub

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistand

arrow Ətraflı
Bakıda polis bütün küçələrdə əhaliyə xəbərdarlıqlar edir like
  • 26 Mar 14:55  
Sosial Bakıda polis bütün küçələrdə əhaliyə xəbərdarlıqlar edir

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər

arrow Ətraflı
Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır  VİDEO  FOTO like
  • 26 Mar 14:52  
Digərləri Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır VİDEO FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanla

arrow Ətraflı
Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi like
  • 26 Mar 14:46  
Dünya Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi

Rumıniyanın Səhiyyə naziri Viktor Kostaçe ölkədə yayılan koronavirus pa

arrow Ətraflı
Koronavirusla bağlı daha bir VİDEOçarx hazırlandı like
  • 26 Mar 14:45  
Dünya Koronavirusla bağlı daha bir VİDEOçarx hazırlandı

COVID-2019 virusu ilə əlaqədar daha bir maarifləndirici videoçarx hazırlan

arrow Ətraflı