Azərbaycanda 29 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib


Digərləri 26 Mar 2020 15:10:00 56 0

Azərbaycanda 29 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a bildirilib ki, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılmışdır.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlamışdır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Ermənistanda 3 hərbçi koronavirusa yoluxub - Yenilənib like
  • 26 Mar 15:08  
Dünya Ermənistanda 3 hərbçi koronavirusa yoluxub - Yenilənib

18 nəfərin sağaldığına dair məlumat yayılıb.

arrow Ətraflı
Küçəyə çıxan 65 yaşlı insanlar ünvanlarına qaytarılırlar  FOTO like
  • 26 Mar 15:06  
Digərləri Küçəyə çıxan 65 yaşlı insanlar ünvanlarına qaytarılırlar FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə

arrow Ətraflı
Bakıda əxlaqsızlıqla məşğul olan 6 qadın saxlanıldı like
  • 26 Mar 15:05  
Digərləri Bakıda əxlaqsızlıqla məşğul olan 6 qadın saxlanıldı

Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin kobu

arrow Ətraflı
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 26 Mar 15:03  
Kriminal Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat vəsait köçürüb like
  • 26 Mar 15:00  
Digərləri Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat vəsait köçürüb

Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat və

arrow Ətraflı
Ermənistanda şagirdlər koronavirusa yoluxub like
  • 26 Mar 14:57  
Dünya Ermənistanda şagirdlər koronavirusa yoluxub

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistand

arrow Ətraflı
Bakıda polis bütün küçələrdə əhaliyə xəbərdarlıqlar edir like
  • 26 Mar 14:55  
Sosial Bakıda polis bütün küçələrdə əhaliyə xəbərdarlıqlar edir

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər

arrow Ətraflı
Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır  VİDEO  FOTO like
  • 26 Mar 14:52  
Digərləri Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır VİDEO FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanla

arrow Ətraflı
Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi like
  • 26 Mar 14:46  
Dünya Rumıniyanın səhiyyə naziri COVİD-19-a görə istefa verdi

Rumıniyanın Səhiyyə naziri Viktor Kostaçe ölkədə yayılan koronavirus pa

arrow Ətraflı
Koronavirusla bağlı daha bir VİDEOçarx hazırlandı like
  • 26 Mar 14:45  
Dünya Koronavirusla bağlı daha bir VİDEOçarx hazırlandı

COVID-2019 virusu ilə əlaqədar daha bir maarifləndirici videoçarx hazırlan

arrow Ətraflı
Bulvar ərazisi belə yuyuldu  FOTO like
  • 26 Mar 14:39  
Digərləri Bulvar ərazisi belə yuyuldu FOTO

Bu gün Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

arrow Ətraflı
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib like
  • 26 Mar 14:38  
Digərləri Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib

COVİD-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində

arrow Ətraflı
Zaur Darğallı: “Marneulidə koronavirus aşkarlanmayıb” like
  • 26 Mar 14:35  
Dünya Zaur Darğallı: “Marneulidə koronavirus aşkarlanmayıb”

Marneuli sakinləri koronavirus testindən keçirilir

arrow Ətraflı
Təhsil Nazirliyi KMDF-yə 510 min manat vəsait köçürdü like
  • 26 Mar 14:34  
Sosial Təhsil Nazirliyi KMDF-yə 510 min manat vəsait köçürdü

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına

arrow Ətraflı