Dünya koronavirusdan sonra bu cür olacaq


Dünya 26 Mar 2020 15:11:00 147 0

Dünya koronavirusdan sonra bu cür olacaq

Koronavirus pandemiyası dünya gündəmini əməlli-başlı zəbt edib və belə görünür ki, uzun müddətə. Virus təhlükəsi artıq əksər ölkələri özünə qapadıb. Milli sərhədlər bağlanıb, gediş-gəliş, iqtisadi-ticari əlaqələr minimuma enib. Qlobal iqtisadiyyat, dünya maliyyə sistemi qəfil böhran təhlükəsi ilə üz-üzə gəlib. Müasir təbabət, tibb elmi, hətta insanlar arasında münasibətlər və ənənəvi dəyərlər sistemi belə, ciddi sınağa çəkilib. Torpaq sanki insanların ayağının altından qaçır. Ən əsası, pandemiyanın dünyadakı duruma neqativ təsiri hələ pik nöqtəsinə çatmayıb.

Bəşəriyyətin başı üzərindən aylardır "Domokl qılıncı" kimi asılan Covid19 bəlası yəqin ki, nə vaxtsa çəkilib gedəcək. Bəs ondan sonra dünyanın, bəşəriyyətin halı necə olacaq, qlobal iqtisadi-maliyyə sistemi, nəhayət, dövlətlərarası münasibətlər necə təsəvvür edilir?

ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşri məsələ ilə bağlı müxtəlif ölkələrdən olan fikir adamlarının rəyini öyrənib. Son.az musavat.com-a istinadən həmin fikir və rəyləri təqdim edir.

DÜNYA DAHA QAPALI, LAKİN ÇİÇƏKLƏNƏN VƏ AZAD

Stiven Uolt - Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru:

Pandemiya dövlət hakimiyyətini möhkəmləndirəcək və millətçiliyi gücləndirəcək. Əksər dövlətlər böhrandan sonra da öz yeni səlahiyyətlərindən imtina etməyəcək. Xarakteri etibarilə konfliktli olan dünya siyasəti dəyişməz qalacaq. Əvvəlki epidemiyalar böyük dövlətlər arasında rəqabətin dayanmasına gətirmədi və qlobal əməkdaşlığın yeni epoxasına nədən olmadı. Covid-19-dan sonra da olmayacaq. Biz hiper-qloballaşmadan geri çəkilmənin davam etməsini şahidi olacağıq, ona görə ki, vətəndaşlar ümid edirlər ki, onları milli hökumətlər müdafiə edəcək. Qısacası, Covid-19-dan sonra dünyanı daha qapalı, lakin çiçəklənən və daha azad olacaq.

QLOBALLAŞMANIN SONU

Robin Hiblert - "Chatem House"nin direktoru:

Koronavirus pandemiyası iqtisadi qloballaşma dəvəsinin belini qıran saman çöpü rolunu oynayacaq. Covid-19 dövlətləri, şirkətləri məcbur edir ki, davamlı özünütəcrid şəraitində mövcudluqlarını saxlamaq potensiallarını gücləndirsinlər. Belə vəziyyətdə dünya çətin ki, qarşılıqlı sərfəli qloballaşma ideyasına qayıtsın. Siyasi liderlərə nəhəng özünüintizam lazım olacaq ki, beynəlxalq əməkdaşlığı saxlasınlar və geosiyasi rəqabət bataqlığına yuvarlanmasınlar. Öz vətəndaşlarına Covid-19 böhranını dəf eləmək bacarığını sübut edən liderlər müəyyən siyasi kapital əldə edəcəklər.

DEMOKRATİYA ÖZ "QABIĞI"NDAN ÇIXACAQ

Con Aykenberri - Prinston Universitetində siyasət və beynəlxalq əlaqələr üzrə professor:

İqtisadi zərər və ictimai kollaps nəzərə alınmaqla, biz yəqin ki, millətçilik yönündə hərəkətliliyin, böyük dövlətlər arasında rəqabətin, strateji aralanmaların və s. şahidi olacağıq. Ancaq 1930-40-cı illərdə olduğu kimi, indi də tədricən qarşılıqlı cərəyan, hansısa sağlam və inadkar beynəlmiləlçilik ortaya çıxa bilər. Necə ki, 2-ci Dünya müharibəsindən öncə və müharibə zamanı Franklin Ruzvelt (ABŞ-ın ovaxtkı prezidenti -red.) və digər dövlət xadimləri bunu formalaşdırmağa və təbliğ eləməyə başlamışdılar. 1930-cu illərdə dünya iqtisadiyyatının çöküşü müasir beynəlxalq birliyin nə dərəcədə qarşılıqlı bağlı və Ruzveltin adlandırdığı zəncirvari reaksiyaya necə həssas olduğunu göstərdi. Reaksiya əvvəlcə milliyyətçilik şəklində ola bilər, ancaq zaman ötdükcə demokratiya praqmatik və yeni tip proteksionist beynəlmiləlçiliyi tapmaq üçün öz qabığından çıxacaq.

DÜNYA DAHA KASIB VƏ QƏZƏBLİ OLACAQ

Şivşankar Menon - Brukinqs İnstitutunun (hind bölümü) əməkdar elmi işçisi, Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri: