"Hər birimiz gücümüzü səfərbər edərək yaşlı insanları öz qayğımızla əhatə etməliyik"


Digərləri 26 Mar 2020 14:58:00 131 0

"Hər birimiz gücümüzü səfərbər edərək yaşlı insanları öz qayğımızla əhatə etməliyik"

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının güclü milli-mənəvi dəyərlər sisteminə malik olması koronavirusla mübarizədə öz təsirini göstərəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə politoloq Sona Əliyeva deyib.

O bildirib ki, son günlər müxtəlif qurumların və bir sıra ölkə vətəndaşlarının yaşlı insanlara dəstək məqsədilə müxtəlif aksiyalar həyata keçirməsi bu fikri bir daha təsdiqləyir:

"Bildiyiniz kimi, Azərbaycanda həmişə böyüklərə hörmət, diqqət və qayğı olub. Bu ənənə Azərbaycanda artıq həyat tərzinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı böyüyə hörməti, kiçiyə mərhəməti özünün mənəvi borcu bilir. Bildiyiniz kimi, hazırkı dövrdə koronavirusdan dünyasını dəyişən insanlar arasında yaşlılar daha çoxdur. Bu günlərdə həmin qəbildən olan insanların daha çox yardıma və dəstəyə ehtiyacı var. Hər birimiz gücümüzü səfərbər edərək bu insanları öz qayğımızla əhatə etməliyik".

Politoloq bildirib ki, koronavirusa qarşı mübarizədə Azərbaycan dünyada ən yaxşı nümunələrdən birini göstərir: