"Dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir"


Digərləri 26 Mar 2020 14:29:00 51 0

"Dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir"

Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən biri də yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır. Bu istiqamətdə ictimaiyyətin rəy və təkliflərinin də araşdırılması dövlətin marağındadır.

Son.az Trend-ə istinadən bildirir ki, iqtisadçı ekspert Mehdi Babayev "vergiler.az"a yaranmış vəziyyətdə zərər görən müəssisələrə dövlətin dəstəyinin zəruriliyini vurğulayıb: "Mən əsas iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi, sahibkarlara dəymiş zərərin müəyyən edilməsində hər iki tərəfin - həm müvafiq dövlət qurumu əməkdaşlarının, həm də sahibkarların bu məsələyə şəffaf yanaşmalarıdır. İkincisi isə dəymiş zərərin müəyyən edilməsi formasıdır. Əvvəla, biz "zərər" anlayışına xüsusi diqqət yetirməliyik. "Müəssisənin üzləşdiyi zərər" dedikdə nəyi başa düşürük? Sahibkarın üzləşdiyi zərərlərə görə şəffaf formada müraciəti vacib amildir".

M.Babayevin fikrincə, dövlət tərəfindən sahibkarlara dəstək göstərilməsində müəssisələrin zərərinin necə müəyyənləşdirilməsi ilə bağlı məsələ önəmlidir:

"Ola bilər ki, müəssisə fəaliyyətini məhdudlaşdırdıqdan sonra əldə etdiyi mənfəət kəskin azalmışdır, lakin zərərlə nəticələnməmişdir, yəni xərcləri gəlirlərindən çox olmamışdır. Yaxud müəssisənin kifayət qədər debitor alacaqları vardır, lakin debitor alacaqlarını vaxtında yığmadığına görə hazırda kreditor borclarını ödəyə bilmir. Digər tərəfdən əsassız, riskli müqavilələr çərçivəsində xərclər, kreditor öhdəlikləri artmışdır. Əgər şəffaflıqdan söhbət gedirsə, müraciət edən müəssisələrdə kütləvi olaraq əmək müqavilələrinə xitam verilməsi, əməkhaqqının az göstərilməsi və ya işçilərin ödənişsiz məzuniyyətə buraxılması halları baş vermişdirsə, belə müəssisələrin zərərlə bağlı təminat istəməsi ədalətli sayıla bilməz".

M.Babayev bildirib ki, müəssisələr adətən, mütləq sabit xərclərə görə zərər çəkir: fəaliyyətinin olub-olmamasından asılı olmayaraq müəssisə bu xərcləri çəkmək məcburiyyətindədir. Buna aylıq əməkhaqqı və onunla bağlı digər sosial ödənişlər, icarə haqları, kreditlər və onların faizləri, lizinq ödənişləri, aktivlərin saxlanılması xərclərini misal göstərmək olar. "Bunlar sabit xərclərdir, onların ödənilməsi mütləqdir. Əgər sahibkar fəaliyyət göstərmirsə, gəlir əldə etmirsə, bu xərcləri də ödəyə bilməyəcəkdir. İlk növbədə, belə xərclərin, yəni zərərin əvəzinin ödənilməsinə dəstək verilməlidir".

Türkiyədə kredit ödənişləri təxirə salındı, like
  • 26 Mar 14:28  
Dünya Türkiyədə kredit ödənişləri təxirə salındı,

Tədbirlər və iqtisadi dəstək paketləri ilə vətəndaşlarımızı yaranm

arrow Ətraflı
Varşavadakı 19 azərbaycanlı Bakıya gətirildi like
  • 26 Mar 14:26  
Siyasət Varşavadakı 19 azərbaycanlı Bakıya gətirildi

COVİD-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində

arrow Ətraflı
Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edildi like
  • 26 Mar 14:26  
Kriminal Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edildi

2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ

arrow Ətraflı
Türkiyədə koronavirusla əlaqədar amnistiya elan oluna bilər like
  • 26 Mar 14:23  
Dünya Türkiyədə koronavirusla əlaqədar amnistiya elan oluna bilər

Türkiyədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar məhbuslar

arrow Ətraflı
Multikulturalizm Mərkəzi yardım aksiyası keçirdi like
  • 26 Mar 14:21  
Sosial Multikulturalizm Mərkəzi yardım aksiyası keçirdi

Azərbaycanda fəaliyyət göstərən etnik icmaların yaşlı üzvlərinə madd

arrow Ətraflı
İranda ötən sutka 157 nəfər ölüb like
  • 26 Mar 14:19  
Dünya İranda ötən sutka 157 nəfər ölüb

Qeyd edək ki, martın 25-də bu rəqəm 2 077 olub.

arrow Ətraflı
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlandı like
  • 26 Mar 14:19  
Dünya Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlandı

Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilədək təxirə salınması təşkila

arrow Ətraflı
Nazirlik rəsmisi: “Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil” like
  • 26 Mar 14:17  
Sosial Nazirlik rəsmisi: “Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil”

“Təəssüf ki, bəzi vətəndaşlarımız tənha yaşlılara göstərilən so

arrow Ətraflı
"İndi evdəki kişilərnən daha çox görürük birbirimizi" like
  • 26 Mar 14:13  
Şou-biznes "İndi evdəki kişilərnən daha çox görürük birbirimizi"

Xalq artisti Brilliant Dadaşova da evdə qalıb özünü virusdan qoruyan məş

arrow Ətraflı
İranda daha sərt qaydalar tətbiq olunacaq like
  • 26 Mar 14:08  
Dünya İranda daha sərt qaydalar tətbiq olunacaq

Koronavirus təhlükəsi ilə əlaqədar bu gündən ölkədə daha sərt qaydal

arrow Ətraflı
Şimali Koreya beynəlxalq ictimaiyyətə müraciət etdi like
  • 26 Mar 14:04  
Dünya Şimali Koreya beynəlxalq ictimaiyyətə müraciət etdi

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti indiyədək koronavirusa yoluxanlarla

arrow Ətraflı
Rusiyada son sutkada 182 nəfər koronavirusa yoluxub like
  • 26 Mar 14:02  
Dünya Rusiyada son sutkada 182 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində koronavirusa 182 nəfər yoluxub.

arrow Ətraflı
Arif Quliyev 65 yaşla bağlı qadağanı pozdu, like
  • 26 Mar 13:57  
Digərləri Arif Quliyev 65 yaşla bağlı qadağanı pozdu,

Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşla

arrow Ətraflı
Teledərslərin sabahkı cədvəli açıqlandı  FOTO like
  • 26 Mar 13:56  
Digərləri Teledərslərin sabahkı cədvəli açıqlandı FOTO

Təhsil Nazirliyinin dəstəyilə "Mədəniyyət" kanalında yayımlan

arrow Ətraflı