Bakıda quldur dəstəsinin üzvləri yaxalandı


Sosial 26 Mar 2020 13:48:14 141 0

Bakıda quldur dəstəsinin üzvləri yaxalandı

Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar

Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini V.Ələkbərovun 2 300 manat pulunu, mobil telefonunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvləri - Binəqədi qəsəbə sakinləri R.Xanışov, P.Kərimli və E.Xanəlizadəyaxalanıblar.