Tolikin Amerikada yaşayan bacısı: "Vəziyyət çox pisdir"


Şou-biznes 26 Mar 2020 13:46:00 167 0

Tolikin Amerikada yaşayan bacısı: "Vəziyyət çox pisdir"

Ötən gün məşhur prodüser, aparıcı Tarix Əliyev ögey bacısı Esmira ilə canlı yayıma çıxıb.

Son.az big.az-a istinadən xəbər verir ki, ilk dəfə bacısını izləyicilərinə göstərən Tolik bildirib ki, o, Amerikada yaşayır. Esmira Amerikadakı koronavirus həyəcanından danışıb. O bildirib ki, yaşadığı şəhərdə evdən çölə çıxmırlar, şəhərdə hər tərəf boşdur. "Bizdə vəziyyət çox pisdir. Evdən çölə çıxa bilmirik. Şəhər bomboşdur. Kaş ki, Bakıda olardım".

Canlı yayımda olan izləyicilər Tolikin bacısının ona çox bənzədiyini deyiblər. Tolik isə bildirib ki, onlar eyni ananın övladları olmasalar da, çox mehribandırlar.