Deputatlar koronavirusa görə testdən keçiriləcək


Digərləri 26 Mar 2020 13:29:00 112 0

Deputatlar koronavirusa görə testdən keçiriləcək

Martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, iclas saat 11-də öz işinə başlayacaq.

Martın 27-dən isə deputatlar koronavirusa görə testdən keçiriləcək.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.