"Sahibkarlar sosial məsuliyyət nümayiş etdirməlidir"


Digərləri 26 Mar 2020 13:13:00 62 0

"Sahibkarlar sosial məsuliyyət nümayiş etdirməlidir"

Koronavirusun qlobal miqyası genişləndikcə həm dünya üzrə iqtisadi artım tempinin, həm də strateji məhsulların, o cümlədən neftin qiymətinin kəskin azalması müşahidə olunur.

Son.az xəbər verir ki, bunu Trend-ə millət vəkili Vüqar Bayramov bildirib.

Deputat deyib ki, əhalinin sağlamlığının və təhlükəsizlyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərsə də, Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi həyata keçirilməkdədir.

İqtisadçı alim bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib ki, bu da bu vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunması zəmin yaradır.

V.Bayramov bildirib ki, sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir. Azərbaycan hökuməti vergi güzəştləri tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırmaqdadır.

Millət vəkili qeyd edib ki, hazırkı dövrdə sahibkarların sosial məsuliyyətinin daha da artırılması vacib olmaqla yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosiallıq nümayış etdirən biznes nümayəndələrinə üstünlük verilməsi çox zəruridir. Bu baxımdan, leqal fəaliyyətin biznesin fundamental şərti olması, vergilərin vaxtında ödənilməsi, iş yerlərinin və məşğulluğun qorunması, əmək müqavilələrinə xitam verilməməsi, ödənişsiz məzuniyyətlərə yol verilməməsi və əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi zəruridir.

Sabaha gözlənilən hava şəraiti açıqlandı like
  • 26 Mar 13:10  
Sosial Sabaha gözlənilən hava şəraiti açıqlandı

Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu

arrow Ətraflı
Malayziya kralı karantinə yerləşdirilib like
  • 26 Mar 13:07  
Dünya Malayziya kralı karantinə yerləşdirilib

Malayziya kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Ə

arrow Ətraflı
Koronavirusa ilk yoluxanın adı açıqlanıb like
  • 26 Mar 13:04  
Dünya Koronavirusa ilk yoluxanın adı açıqlanıb

Dekabrın 31-də Uhanın səhiyyə üzrə komitəsi birinci qrupda 27 nəfərin

arrow Ətraflı
İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb like
  • 26 Mar 13:04  
Digərləri İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

Koronavirus (COVİD-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət g

arrow Ətraflı
65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək like
  • 26 Mar 13:03  
Sosial 65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək

​Nazirlər Kabinetinin koronovirus panmediyası ilə bağlı qərarı deputatl

arrow Ətraflı
Bakıda 15 dərəcə isti olacaq like
  • 26 Mar 13:02  
Digərləri Bakıda 15 dərəcə isti olacaq

Azərbaycanda 27 marta gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
“ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı like
  • 26 Mar 13:00  
İqtisadiyyat “ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

​“ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ay

arrow Ətraflı
Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu like
  • 26 Mar 12:56  
Dünya Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu

Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

arrow Ətraflı
Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək - EKSKLÜZİV like
  • 26 Mar 12:54  
Sosial Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək - EKSKLÜZİV

​Azərbaycanda koronovirusla bağlı görülən tədbirlər çərçivəsində

arrow Ətraflı
Bakıda polis koronavirusa görə səsgücləndirici ilə like
  • 26 Mar 12:51  
Digərləri Bakıda polis koronavirusa görə səsgücləndirici ilə

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə ölkəmizdə də

arrow Ətraflı
Cənubi Koreyada daha 104 nəfər koronavirusa yoluxub like
  • 26 Mar 12:45  
Dünya Cənubi Koreyada daha 104 nəfər koronavirusa yoluxub

Cənubi Koreyada daha 104 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

arrow Ətraflı
İranda şəhərlərarası səyahət qadağan edildi like
  • 26 Mar 12:43  
Dünya İranda şəhərlərarası səyahət qadağan edildi

Mədudiyyət dəmiryolu, avtomobil və aviadaşiyıcıların sərnişinlərinə

arrow Ətraflı
Ermənistan ordusunda koronavirus yayıldı like
  • 26 Mar 12:40  
Dünya Ermənistan ordusunda koronavirus yayıldı

Ermənistanı bürümüş COVİD-19 virusu işğalçı ölkənin ordusunda da ya

arrow Ətraflı
Azərbaycanın tanınmış həkimindən koronavirusdan müdafiə ilə bağlı tövsiyələr like
  • 26 Mar 12:36  
Sosial Azərbaycanın tanınmış həkimindən koronavirusdan müdafiə ilə bağlı tövsiyələr

Tanınmış cərrah, professor Adil Qeybulla “Facebook” səhifəsində koron

arrow Ətraflı
Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı like
  • 26 Mar 12:34  
Digərləri Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı