Cənubi Koreyada daha 104 nəfər koronavirusa yoluxub


Dünya 26 Mar 2020 12:45:00 130 0

Cənubi Koreyada daha 104 nəfər koronavirusa yoluxub

Cənubi Koreyada daha 104 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 9241 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 5 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 131 nəfərə çatıb. Bundan əlavə, ötən sutka ərzində 414 nəfər sağalıb, onların ümumi sayı 4144 nəfərə bərabərdir.