Bakıda narkotacir saxlanıldı


Kriminal 26 Mar 2020 12:01:00 187 0

Bakıda narkotacir saxlanıldı

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M. Hüseynov saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı ümumi çəkisi 2,171 qram marixuana və 3,572 qram metamfetamin aşkarlanıb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynovun evində iki elektron tərəzi, 20 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 5 kq-dan çox marixuana aşkarlanıb.