İranda bioloji silaha qarşı təlim başlayıb


Dünya 26 Mar 2020 11:33:41 173 0

İranda bioloji silaha qarşı təlim başlayıb

Qeyd edək ki, martın 15-də İranda bioloji silah təhlükəsindən müdafiə olunmaq məqsədi ilə silahlı qüvvələrin geniş miqyaslı təlimi keçirilib.

İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları bioloji silahdan müdafiə üzrə təlim keçirir.

“Report” xəbər verir ki, məlumatı “Fars” yayıb.

Bildirilib ki, təlimlər ölkənin 3 000 rayonunda və Tehranın 100 məntəqəsində keçirilir.

Təlimdə qvardiya ilə yanaşı, onun kadr bazası sayılan yarımhərbi bəsic təşkilatı da iştirak edir.

Məlumata görə, ölkəni dezinfeksiya etmək üçün 10 bazada quru qoşunların 100 tağımı yaradılıb.

Qeyd edək ki, martın 15-də İranda bioloji silah təhlükəsindən müdafiə olunmaq məqsədi ilə silahlı qüvvələrin genişmiqyaslı təlimi keçirilib.