İraqda 2 türk hərbçisi şəhid oldu


Dünya 26 Mar 2020 11:23:00 173 0

İraqda 2 türk hərbçisi şəhid oldu

İraqın şimalında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

Son.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Məlumatda bildirilib ki, bu gün İraqın şimalındakı Haftanin bölgəsində separatçı terror təşkilatı üzvlərinin etdiyi hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (TSK) 2 hərbçisi ölüb, 2 hərbçisi isə yaralanıb.

Şöbədən verilən xəbərdə qeyd olunub ki, TSK terrorçuları cavab atəşi ilə susdurub və 8 terrorçu zərərsizləşdirilib.