Vüsal Kərimli: “İndi kameralardan sadəcə müşahidə istiqamətində istifadə olunur”


İqtisadiyyat 26 Mar 2020 11:25:33 50 0

Vüsal Kərimli: “İndi kameralardan sadəcə müşahidə istiqamətində istifadə olunur”

Vüsal Kərimli: “İndi kameralardan sadəcə müşahidə istiqamətində istifadə olunur”

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metro stansiyaları istiqamətində ekspress marşrut xətləri ilə bağlı yaranan suallara aydınlıq gətirib.

“Report” xəbər verir ki, V.Kərimli bu barədə Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində qonaq olarkən bildirib.

BNA rəsmisi deyib ki, bu istiqamətlərdə istifadə etmək üçün kifayət qədər avtobus mövcuddur:

“Biz həmin metro stansiyalar istiqamətində ekspress marşrut xətti təşkil etmişik. Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar heç bir dayanacaqda dayanmır. Sadəcə olaraq, metro stansiyalarının yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur”.

V.Kərimli təmsil etdiyi qurumun atdığı addımların beynəlxalq tələblərə uyğun olduğunu əlavə edib:

“Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir. Bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Sadəcə bir daha vurğulamaq istərdim ki, hökumətin və dövlətin atdığı addımlar bəllidir. Bu həm mediada, həm də sosial mediada göstərilir.

Bakı Nəqliyyat Agentliyi (BNA) iki ildir Beynəlxalq İctimai Nəqliyyat üzrə Assosiasiyaya (UITP- International Association of Public Transport) üzvdür və onlarla sıx əlaqədə bu koronavirusun ən çox yayılan ölkələrdəki təcrübəsi analiz olunur. Ona uyğun qlobal təcrübə lokallaşdırılır və yerli mentalitetə görə uyğunlaşdırılır. Yenə də bu dövlət tərəfindən atılan addımlardır. Vətəndaş maksimum dərəcədə Qərargahın qərarlarını icra etmək məcburiyyətindədir. Bir daha çağırış edirəm. Zərurət olmadığı halda həm ictimai nəqliyyatda, həm də küçələrdə-parklarda gəzməyək”.

BNA rəsmisi qanunsuz parklanmaya görə cərimələnmənin ləğv edildiyini də söyləyib:

“Mən sizə bir fakt deyim. Biz bu məsələ ilə əlaqədar olaraq Bakı şəhərində parklanmaya qarşı müəyyən tələbləri azaltmışıq. Artıq sadəcə o kameralardan müşahidə istiqamətində istifadə olunur. Amma bizim gördüyümüz mənzərə ona gətirdi ki, Bulvar ətrafında və Bulvar kənarında 5-6 sırada nəqliyyat vasitələri dayanır və 4-5 şəklində yenə gəzirlər, gülürlər, danışırlar. Aydın məsələdir, sosial cəhətdən, psixoloji cəhətdən bu olmalıdır. Lakin bu səviyyədə düzgün deyil.

Burada bir məqam var. Mən istərdim onu vurğulayım. Atılan bu addımlar zərurət doğuran addımlardır. Dünya iqtisadiyyatı və qlobal iqtisadiyyat bundan çox böyük ziyan görür. əm maliyyə cəhətindən, həm də səhmlərin qiymətlərinin aşağı düşməsi cəhətindən. Bu bayram tətili olaraq qəbul edilməməlidir. Bu dincəlmə tətili olaraq qəbul edilməməlidir. Konkret olaraq sosial izolyasiya insanların bir-birinə - əgər kimsə gizli daşıyıcıdırsa belə onun digərlərin yaymaması məsələsidir. Vətəndaşımz, eyni dərəcədə özümüz də baxışımızı bir az dəyişdirməliyik. Bu bayram tətili deyil. Bu sırf sosial izolyasiya istiqamətində aparılan tədbirlərdir”.

İraqda 2 türk hərbçisi şəhid oldu like
  • 26 Mar 11:23  
Dünya İraqda 2 türk hərbçisi şəhid oldu

İraqın şimalında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

arrow Ətraflı
Bakıda insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır like
  • 26 Mar 11:21  
Sosial Bakıda insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanla

arrow Ətraflı
Avtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilər like
  • 26 Mar 11:20  
Sosial Avtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilər

​Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin k

arrow Ətraflı
Rusiyanın xəbər telekanalının aparıcıları evdən işləyirlər  FOTO like
  • 26 Mar 11:17  
Dünya Rusiyanın xəbər telekanalının aparıcıları evdən işləyirlər FOTO

Rusiya Prezidenti Vladimir Putin ötən gün koronavirusun yayılması ilə bağ

arrow Ətraflı
Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini qırıblar  FOTO like
  • 26 Mar 11:06  
Digərləri Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini qırıblar FOTO

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etm

arrow Ətraflı
Koronavirusdan ölən ilk məşhur like
  • 26 Mar 11:01  
Dünya Koronavirusdan ölən ilk məşhur

Fransada dünya şöhrətli afrikalı saksafonçu, cazmen Manu Dibanqo (Emmanuel

arrow Ətraflı
"Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır" like
  • 26 Mar 10:55  
Siyasət "Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır"

Azərbaycan xalqı tarixən bütün sınaqlardan üzüağ, alnıaçıq, başıuc

arrow Ətraflı
Rusiya dünya ilə hava əlaqəsini dayandırır like
  • 26 Mar 10:50  
Dünya Rusiya dünya ilə hava əlaqəsini dayandırır

Rusiya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasın

arrow Ətraflı
Körpə 16 saat anasının meyitinin yanında qalıb like
  • 26 Mar 10:46  
Dünya Körpə 16 saat anasının meyitinin yanında qalıb

Tibbi ekspertiza müayinəsi onun koronavirusa yoluxduğu müəyyən edib

arrow Ətraflı
Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı like
  • 26 Mar 10:41  
Dünya Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı

Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yəçatıb.

arrow Ətraflı
Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür like
  • 26 Mar 10:39  
Digərləri Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür

Azərbaycanda "Koronavirusla mübarizə büdcə"si 1,1 milyard manatı

arrow Ətraflı
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI like
  • 26 Mar 10:37  
Sosial Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI

Koronavirus pandemiyası (COVİD- 19) son 24 saatda rekorda imza atıb.

arrow Ətraflı
Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür” like
  • 26 Mar 10:33  
İqtisadiyyat Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

​Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manat

arrow Ətraflı