İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC-dən yeni sosial təşəbbüs


İqtisadiyyat 26 Mar 2020 11:15:35 56 0

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC-dən yeni sosial təşəbbüs

Həmrəylik göstərək! Dəstək olaq!

Koronavirus (COVID-19) infeksiyasının yayılma riskinin azaldılması üçün sosial izolyasiya və profilaktik tədbirlər davam etdirilir. Dövlət qurumları və biznes dairələri bu tədbirlərdə fəal iştirak edirlər.

"Report" xəbər verir ki, ölkədə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində üçüncü sosial layihəyə start verirlər.

Belə ki, sosial layihəyə əsasən, koronavirus pandemiyası müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının pandemiyanın aradan qaldırılması ilə bağlı tədbirlər çərçivəsində xidməti fəaliyyətinin təmin olunmasına köməklik göstərilməsi üçün xüsusi avtomobillər ayrılıb. Bu avtomobillər kiçik həcmli yüklərin daşınmasında da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ödənişsiz dəstək göstərəcək.

“Azərmaş” ASC sosial məsuliyyət nümayiş etdirərək, bu məqsədlə 100 avtomobil və sürücü ayırıb. Sürücülər antiseptik məhsullar və lazımi qoruyucu vasitələrlə təmin olunublar. Bütün avtomobillər gündəlik dezinfeksiya edilir.

Xidmət müddəti (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları zəruri ehtiyaclar üçün aşağıdakı nömrələrlə əlaqə yarada bilərlər:

Telefonlar: +994 55 300 73 80

Whatsup üçün: +994 55 300 73 70

Məlumat üçün bildiririk ki, İcbari Tibbi Sığorta Agentliyinin ehtiyacları üçün “Azərmaş” ASC əlavə olaraq 100 avtomobil və sürücü ödənişsiz qaydada ayrılıb.

“Azərmaş” ASC-nin ayırdığı 100 avtomobil yaşı 65-dən yuxarı olan vətəndaşların ehtiyaclarının evdən çıxmadan ödənilməsinə köməklik göstərilməsi üçün həyata keçirilən sosial dəstək layihəsi çərçivəsində fəaliyyət göstərir. Beləliklə, koronavirus pandemiayasının qarşısının alınması ilə bağlı aparılan preventiv tədbirlərə “Azərmaş” ASC tərəfindən ümumilikdə 300 avtomobil və sürücü ayrılıb.

Qeyd edək ki,“Azərmaş” ASC Azərbaycanda avtomobil sənayesinin inkişafı məqsədilə 15 noyabr 2017-ci il tarixində yaradılıb. Səhmdar Cəmiyyət rəqabətqabiliyyətli minik və kommersiya avtomobilləri, onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Milli iqtisadiyyatın qeyri-neft sektorunda önəmli rol oynayan ASC-nin tərkibinə Neftçalada Avtomobil İstehsalı Zavodu, «GM Özbəkistan» və «GAZ qrup Rusiya» avtomobil zavodları, kabel istehsalı zavodu, lokallaşdırma müəssisələri, lizinq şirkətləri, servis və ehtiyat hissələrinin satış mərkəzləri daxildir.

Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini qırıblar  FOTO like
  • 26 Mar 11:06  
Digərləri Bakıda sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini qırıblar FOTO

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etm

arrow Ətraflı
Koronavirusdan ölən ilk məşhur like
  • 26 Mar 11:01  
Dünya Koronavirusdan ölən ilk məşhur

Fransada dünya şöhrətli afrikalı saksafonçu, cazmen Manu Dibanqo (Emmanuel

arrow Ətraflı
"Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır" like
  • 26 Mar 10:55  
Siyasət "Prezident İlham Əliyevin hədəfi ölkəmizi bu vəziyyətdən az itkilərlə çıxarmaqdır"

Azərbaycan xalqı tarixən bütün sınaqlardan üzüağ, alnıaçıq, başıuc

arrow Ətraflı
Rusiya dünya ilə hava əlaqəsini dayandırır like
  • 26 Mar 10:50  
Dünya Rusiya dünya ilə hava əlaqəsini dayandırır

Rusiya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasın

arrow Ətraflı
Körpə 16 saat anasının meyitinin yanında qalıb like
  • 26 Mar 10:46  
Dünya Körpə 16 saat anasının meyitinin yanında qalıb

Tibbi ekspertiza müayinəsi onun koronavirusa yoluxduğu müəyyən edib

arrow Ətraflı
Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı like
  • 26 Mar 10:41  
Dünya Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı

Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yəçatıb.

arrow Ətraflı
Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür like
  • 26 Mar 10:39  
Digərləri Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür

Azərbaycanda "Koronavirusla mübarizə büdcə"si 1,1 milyard manatı

arrow Ətraflı
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI like
  • 26 Mar 10:37  
Sosial Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI

Koronavirus pandemiyası (COVİD- 19) son 24 saatda rekorda imza atıb.

arrow Ətraflı
Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür” like
  • 26 Mar 10:33  
İqtisadiyyat Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

​Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manat

arrow Ətraflı
Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı like
  • 26 Mar 10:33  
Dünya Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı

Latviyanın ən qalmaqallı siyasətçilərindən biri, şoumen, aktyor və depu

arrow Ətraflı
Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi like
  • 26 Mar 10:28  
Dünya Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi

Türkiyədə koronavirusun qurbanlarından biri 33 yaşlı Dilek Tahtalı olub.

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşır like
  • 26 Mar 10:26  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşır

18 nəfərin sağaldığına dair məlumat yayılıb.

arrow Ətraflı
Axtarışda olan 5 nəfər saxlanıldı like
  • 26 Mar 10:22  
Sosial Axtarışda olan 5 nəfər saxlanıldı

​Paytaxtın polis orqanları 17 cinayətin üstünü açıb

arrow Ətraflı
Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: like
  • 26 Mar 10:22  
Şou-biznes Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi:

Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Su

arrow Ətraflı