Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı


Dünya 26 Mar 2020 10:33:00 165 0

Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı

Latviyanın ən qalmaqallı siyasətçilərindən biri, şoumen, aktyor və deputat Artuss Kaymiş koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Deputat bu səbəbdən evdə karantində olduğunu açıqlayıb.

Kaymişin açıqlamasından sonra parlamentin digər üzvləri də karantinə alınıb. Kaymişdən digər deputatlara koronavirusun yoluxub-yoluxmadığı üçün millət vəkilləri testdən keçirilir.