Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb


Sosial 26 Mar 2020 10:17:47 151 0

Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb

​Sərnişinlər Bakıdakı 50-dən artıq marşrut avtobusunda dezinfeksiya dispenserləri qırıb

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb.

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib:“BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bu bir neçə gün ərzində 50 avtobusda belə hal olub”.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək