34 yaşlı kişini qatar vurdu:


Digərləri 26 Mar 2020 09:44:00 173 0

34 yaşlı kişini qatar vurdu:

Hacıqabulda 34 yaşlı kişini qatar vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində baş verib.

Rayonun Nəvahi kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub. Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı travmalarla Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faklta bağlı araşdırma aparılır.