Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixrac həcmi açıqlanıb


Digərləri 26 Mar 2020 08:54:00 163 0

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixrac həcmi açıqlanıb

2020-ci ilin fevralında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin fevralı ilə müqayisədə 38 faiz azalıb.

Son.az bildirir ki, bunu Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 2,667 min ton sitrus meyvəsi ixrac edib.

Bu, Türkiyənin ümumi sitrus ixracının 1 faizini təşkil edir.

Fevral ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 830,053 min dollara bərabər olub. Bu, 2019-cu ilin fevralı ilə müqayisədə 45 faiz azdır.