Rusiyanın "Su27" qırıcısı Qara dənizə düşüb


Dünya 26 Mar 2020 08:13:00 122 0

Rusiyanın "Su27" qırıcısı Qara dənizə düşüb

Rusiyaya məxsus "Su-27" qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib, ilkin məlumatlara əsasən təyyarə dənizə düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, insident martın 25-i yerli vaxtla saat 20:10 radələrində Feodosiyadan 50 kilometr aralıda baş verib.

Bildirilir ki, pilotun axtarışlarına Cənub Hərbi Dairəsinin axtarış-xilasetmə xidmətinin qüvvə və vasitələri cəlb edilib: "An-26" təyyarəsi və "Mi-8" helikopteri.