Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı


Digərləri 26 Mar 2020 07:51:00 177 0

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər aprelin 29-dək ziyarətçilər üçün bağlanılıb.

Son.az ted.az-a istinadən bildirir ki, lakin buna baxmayaraq, muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanışlıq imkanı yaradılıb.

LİNKƏ (http://mct.gov.az/az/umumi-xeberler/12473) keçid edərək göstərilən bölmələr vasitəsilə muzeylərlə tamamilə ödənişsiz şəkildə, onlayn tanış ola bilərsiniz.