İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub


Dünya 26 Mar 2020 07:55:00 117 0

İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub

İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.