İraqın şimalında iki türk hərbçisi həlak olub


Dünya 26 Mar 2020 07:25:00 91 0

İraqın şimalında iki türk hərbçisi həlak olub

İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının minaatanlardan hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha ikisi isə yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, terrorçuların bu rayonda müəyyən edilən 4 mövqeyinə hava zərbələri endirilib.

Qeyd edilir ki, hava zərbələri nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib.