Britaniyada ən gənc koronavirus xəstəsi öldü


Dünya 26 Mar 2020 00:50:06 178 0

Britaniyada ən gənc koronavirus xəstəsi öldü

21 yaşlı qız koronavirusun qurbanı olub

Böyük Britaniyada 21 yaşlı qız koronavirusdan ölüb.

“Report” “Sky News”a istinadən xəbər verir ki, Xloya Middltonun səhhətində daha öncə hər hansıproblem aşkarlanmayıb.

Beləliklə, X.Middlton əvvəllər səhhətində problemi olmayan, lakin koronavirusun qurbanı olan ən gənc insan sayılır.

“Bunu adi virus sananlara səslənirəm, bir daha düşünün. Öz təcrübəmə əsaslanaraq deyim ki, bu virus mənim 21 yaşlı qızımın həyatına son qoyub”, - mərhumun anası “Facebook”dakı səhifəsində yazıb.